Gürcüstanın Xalq artisti Nuqzar Şariya vəfat edib

Gürcüstanın Xalq artisti Nuqzar Şariya vəfat edib
# 02 dekabr 2022 10:57 (UTC +04:00)

Gürcüstanın Xalq artisti, teatr və kino aktyoru Nuqzar Şariya 82 yaşında vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, bununla bağlı cümə günü Gürcüstanın Baş naziri İrakli Qaribaşvbvili Nazirlər Kabinetinin iclasında aktyorun yaxınlarına başsağlığı verib.

“O, hər zaman gürcü kino sənətinin tarixində xüsusi yerə malik olacaq”, - nazir vurğulayıb.

Şariya 1941-ci ildə anadan olub. Ötən əsrin 60-cı illərində “Absalom və Eteri”, Dağların qanunu” və başqa filmlərdə rol alıb. 70-ci illərdən Almaniya və ABŞ-da yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR