Heydər Əliyev Mərkəzində mədəni-kütləvi tədbirlər şəhidlərə görə təxirə salınıb

Heydər Əliyev Mərkəzinin binası

© APA | Heydər Əliyev Mərkəzinin binası

# 14 sentyabr 2022 12:19 (UTC +04:00)

Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər təxirə salınıb.

APA xəbər verir ki, bu barədə Heydər Əliyev Mərkəzindən bildirilib.

Məlumatda qeyd olunur ki, sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasında şəhidlərimizin olması ilə əlaqədar Heydər Əliyev Mərkəzində və Mərkəzin parkında keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər, o cümlədən sentyabrın 17-18-inə planlaşdırılan “Art Festival” təxirə salınıb.

Allah şəhidlərimizə rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR