İçərişəhərdə ziyarət üçün qapalı abidələrə tur təşkil olunub - FOTO

İçərişəhərdə ziyarət üçün qapalı abidələrə tur təşkil olunub - FOTO
# 18 aprel 2022 11:28 (UTC +04:00)

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar İçərişəhər ərazisində ziyarət üçün qapalı olan abidələr üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) infoturu keçirilib.

APA xəbər verir ki, infotur Qoşa Qala meydanından başlayıb və "Molla Əhməd məscidi", "Məhəmməd məscidi", "Çin məscidi", "Cümə məscidi", "Qasım bəy hamamı" kimi məkanlar ziyarət olunub.

"İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və "İçərişəhər" qoruğunun elm və mədəni irsinin təşviqi sektorunun müdiri, tarix elmləri doktoru Vəfa Quliyeva qapalı məkanların tarixi və əhəmiyyəti barədə məlumat verib. Vəfa Quliyevanın sözlərinə görə, turun təşkilində əsas məqsəd uzun müddət fəaliyyət göstərməyən, diqqətdən kənar qalan abidələrlə ziyarətçiləri tanış etmək və onlara yeni nəfəs verməkdir.

Qeyd edək ki, sözügedən tur yalnız media nümayəndələri üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR