Kann kino festivalında növbəti qaliblər müəyyənləşib - YENİLƏNİB-3

Kann kino festivalında növbəti qaliblər müəyyənləşib  - YENİLƏNİB-3
# 29 may 2022 00:29 (UTC +04:00)

Kann kino festivalinda "Qran pri" mükafatını Lukas Dontun "Close" filmi və Kler Denisin "Stars at Noon" filmi qazanıb.

Münsiflər heyətinin xüsusi mükafatını isə Yerji Skolimovskinin "Eeyore" filmi və Feliks van Qroningenlə Şarlotta Vandermeersin "Səkkiz dağ" filməri əldə edib.

Kann festivalının yubileyi - 75 illiyi şərəfinə hazırlanmış mükafat isə Darden qardaşlarının olub. Onların "Tori və Lokita" filmi bu mükafatın sahibi olub.

***

00.05

"Ən yaxşı ssenari" üzrə qalib isveçli rejissor Tarik Salehin "Boy from Heaven" filmi, "Ən yaxşı rejissor işi" üzrə qalib isə koreyalı rejissor Park Çan-Vukun "Decision to Leave" filmi olub.

***

23.58

"Kədər üçbucağı" filmi "Qızıl palma budağı" mükafatanı qazanıb

APA xəbər verir ki, İsveç rejissoru Ruben Estlundanın "Kədər üçbucağı" filmi "Qızıl palma budağı" mükafatı qazanıb.

Həmçinin iranlı aktrisa Zar Əmir İbrahimi isə "Ən yaxşı qadın rolu" mükafatını qazanıb. O, bu nominasiyada qalibiyyəti Əli Abbasinin "Holy Spider" filmindəki roluna görə əldə edib.

"Ən yaxşı kişi rolu"nda qalib isə Sonq Kanq-ho olub. O, bu mükafatı rejissor Hirokazu Kora-edanın “Gözəl ulduzlar” filminə görə qazanıb.

***

23.54

Qızıl kamera mükafatı Rili Keuq və Qina Qammelin çəkdiyi “War Pony” filminə verilib.

APA xəbər verir ki, qısametrajlı filmlərdə isə "Qızıl palma" mükafatını çinli rejissor Jianyinq Çenin “The Water Murmurs” filmi qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR