"Kin-dza-dza!" filminin aktyoru vəfat edib 

Mixail Bıçkov

© APA | Mixail Bıçkov

# 06 yanvar 2022 15:03 (UTC +04:00)

"Kin-dza-dza!" filmi ilə tanınan sovet və Rusiya teatr-kino aktyoru Mixail Bıçkov 72 yaşında vəfat edib.

APA-nın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə aktyorun ailəsi məlumat yayıb.

Bıçkovun oğlu atasının Yeni ili ailəsi ilə qarşıladığını deyib. Səhər isə həyat yoldaşı onun meyitini tapıb.

Onun təbii səbəbdən öldüyü müəyyənləşdirilib.

Mixail Bıçkov “Kin-dza-dza!”, “Pokrovski qapıları”, “On iki stul”, “Boris Qodunov” filmlərindəki rolları ilə tanınır. Aktyor ümumilikdə 50 filmdə rol alıb, 70 tamaşada, üç operada və iki balet tamaşasında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR