Kino tarixinin ən qəddar qadın obrazlarından birini yaradan aktrisa vəfat edib

Kino tarixinin ən qəddar qadın obrazlarından birini yaradan aktrisa vəfat edib
# 24 sentyabr 2022 09:50 (UTC +04:00)

ABŞ aktrisası Luiza Fletçer 88 yaşında vəfat edib.

APA-nın "Komsomolskaya pravda" ya istinadən verdiyi xəbərə görə, aktirsa Fransadakı evində, yuxudaykən dünyasını dəyişib.

Luiza Fletçer "Ququ quşu yuvası üzərindən uçuş" filmində canlandırdığı tibb bacısı roluna görə "Oskar" mükafatı qazanıb. Bundan başqa o, BAFTA və "Qızıl qlobus" mükafatlarının da sahibidir.

Amerika Kino İnstutunun rəyinə görə, onun "Ququ quşu yuvası üzərindən uçuş" filmində yaratdığı Retçed adlı baş tibb bacısı obrazı kinematoqrafiya tarixinin ən qəddar personajlarından sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR