"Kurtlar vadisi" serialının aktyoru vəfat edib

İsmail İncekara

© APA | İsmail İncekara

# 07 oktyabr 2022 10:52 (UTC +04:00)

“Kurtlar vadisi” serialındakı İplikçi Nedim obrazı ilə yadda qalan İsmail İncekara 72 yaşında vəfat edib.

APA “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə aktyorun sənət dostu Zafer Algöz məlumat yayıb.

İsmail İncekara “Kurtlar vadisi”ndəki rolundan başqa “Hayat bağları”, “Eylül” kimi məşhur ekran işlərində də rol alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR