Lənkəran Dram Teatrında mövsümə yekun vurulub

Lənkəran Dram Teatrında mövsümə yekun vurulub
# 15 iyul 2022 22:14 (UTC +04:00)

Lənkəran Dövlət Dram Teatrında mövsümə yekun vurulub.

Teatrdan APA-ya verilən xəbərə görə, gənc rejissor Tərlan Abdullayevin quruluşunda yazıçı-dramaturq İlqar Fəhminin “Qanlınamə” tarixi-psixoloji dramının tamaşası mövsümün son tamaşası olub.

Tarixi faktlara əsaslanan səhnə əsərində 42 il Səfəvilər dövlətinin başçısı olmuş I Şah Abbasın hakimiyyətinin ilk 7 illik dövrü əksini tapıb.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, müsiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Emil Tağıyev, Gülər Kərimli, Əlibala Əsgərov, Allahverən Babayev, Miraslan Ağayev, Səyad Əliyev, Rauf Zeynalov və Arif Xalıqverdiyev ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR