Mədəniyyət Nazirliyi müsabiqə qaliblərinə mükafatların verilməməsi məsələsinə münasibət bildirib

Mədəniyyət Nazirliyi müsabiqə qaliblərinə mükafatların verilməməsi məsələsinə münasibət bildirib
# 17 noyabr 2022 12:34 (UTC +04:00)

Mədəniyyət Nazirliyi mükafat fondu 300 min manat olan “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin qaliblərinə mükafatların verilməməsi ilə bağlı iddialara münasibət bildirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mükafatlar yaxın zamanda sahiblərinə təqdim olunacaq.

“Ölkədə kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə və qurumlara dəstək olmaq, onların fəaliyyətini stimullaşdırmaq, bununla da milli kino sənayesinin inkişafına təkan vermək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş "Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" müsabiqəsinin münsiflər heyəti tərəfindən seçilmiş qalib layihələrinin mükafatlandırılması istiqamətində görülən müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub”, - məlumatda deyilir.

Qeyd edək ki, müsabiqənin qalibləri aşağıdakılardır:

1. “Ata və oğullar” – “Buta Film” MMC;
2. “Əlvida, noyabr” – “Ultra Production”;
3. “Qıfıl” – “Nova Gorica” Kino Mərkəzi MMC;
4. “Mavi sviterli adam” – “Mandarin Agency” Co;
5. “Müqəddəs inək” – “Narimanfilm” MMC;
6. “Ölü Həsən” – “Ultra Production”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR