Məmməd Ağayevin yerinə təyinat olub

Petr Kravçenko

© APA | Petr Kravçenko

# 11 yanvar 2022 17:24 (UTC +04:00)

Moskva Akademik Satira teatrına yeni direktor təyin edilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, direktor vəzifəsinə Petr Kravçenko təyin olunub.

Kravçenko bundan əvvəl dekabrın 28-də Moskva Akademik Satira teatrına birləşdirilən teatrın direktoru vəzifəsini tutub.

Qeyd edək ki, Kravçenko bu postda Məmməd Ağayevi əvəzləyib. Məmməd Ağayev 1992-ci ilin noyabrından Moskva Akademik Satira teatrının direktoru olub. O, ötən il dekabrın 30-da Moskva Satira Teatrının direktoru vəzifəsindən öz xahişi ilə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR