“Mənim Azərbaycanım” adlı xeyriyyə konserti keçirilib

“Mənim Azərbaycanım” adlı xeyriyyə konserti

© APA | “Mənim Azərbaycanım” adlı xeyriyyə konserti

# 10 may 2022 17:26 (UTC +04:00)

Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı Xeyriyyə konserti keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə, konsertdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Müdafiə Sənayesi Naziri Mədət Quliyev, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, bir qrup qazilər, incəsənət xadimləri və başqa qonaqlar iştirak edib.

Çıxış edən Elnur Əliyev ölkəmizin əldə etdiyi tarixi zəfərdən sonraki dövrdə mədəniyyətimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb, mədəni ənənələrimizin yaşadılması və inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edərək milli rəqsimizin bu baxımdan xüsusi əhəmiyyətini qeyd edib.

Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Mənim Azərbaycanım” və “Koroğlu” milli balet-tamaşası təqdim olunub.

Qeyd edək ki, xeyriyyə konserti Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Heydər Əliyev Sarayının dəstəyi ilə baş tutub.

Xatırladaq ki, bilet satışından əldə olunan vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə YAŞAT fonduna ianə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR