“Mərmər soyuğu” filminin treylerinin niyə yayımlanmadığı açıqlanıb

“Mərmər soyuğu” filmi

© APA | “Mərmər soyuğu” filmi

# 22 aprel 2022 10:14 (UTC +04:00)

“Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu" filmi festivallara göndərilib və hazırda onlardan cavab gözləyirik”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq “Azərbaycanfilm” kinostudiyasından bildiriblər.

Qeyd olunub ki, festivallardan qəbul cavabı gələndən sonra filmin treyleri ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, film uğursuz rəssam (rolda: Elşən Əsgərov) və sevgilisinin (rolda: Natavan Abbaslı) qarışıq münasibətlərindən bəhs edir. Uzun sürən həbs həyatından sonra evə qayıdan ata (rolda: Qurban İsmayılov) ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, baş prodüseri isə Fariz Əhmədovdur. Baş rolları Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov ifa edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR