Milli Qəhrəman İlqar Mirzəyevə həsr olunmuş filmin təqdimatı olacaq 

Milli Qəhrəman İlqar Mirzəyevə həsr olunmuş filmin təqdimatı olacaq 
# 13 iyul 2022 12:26 (UTC +04:00)

İyulun 14-ü, saat 19:00-da Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevə həsr olunmuş “Artilleriyanın atası” sənədli filminin təqdimatı keçiriləcək.

Bu barədə APA-ya "Azəbaycanfilm” kinostudiyasından bildirilib.

Qeyd olunub ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal edilib.

2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyev haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Musazadə Kamalə Mehralı, operatoru Soltan Abdullayev, montajçıları Musazadə Kamalə Mehralı və Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR