Mingəçevir Dövlət Dram Teatrına yeni baş rejissor təyin olunub.
APA-nın xəbərinə görə, mədəniyyət naziri Anar Kərimovun imzaladığı müvafiq əmrə əsasən, bu vəzifəyə Vüsal Mehrəliyev təyin edilib.
O, bu gün teatrın kollektivinə təqdim edilib.
V. Mehrəliyev faktı APA-ya təsdiqləyib.