Musiqi məktəblərinə MİQ-lə bağlı müsabiqənin müsahibə mərhələsi başlayıb

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə

© APA | Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə

# 07 sentyabr 2022 16:44 (UTC +04:00)

5 sentyabrdan etibarən, Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, artıq bu gün müsahibənin üçüncü günüdür və ötən iki gün ərzində 151 nəfər müsahibələrdə iştirak edib.

Müsahibələrdə namizədlər uzun müddət müvafiq sahədə peşəkar təcrübəyə malik səriştəli mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən, qaydalarda qeyd edilən meyarlar üzrə qiymətləndirilir, mümkün 15 baldan 10 və daha yüksək bal toplayan namizədlər müsahibədə uğur qazanmış hesab edilirlər. Gün ərzində 6 müxtəlif ixtisas üzrə komissiyalar fəaliyyət göstərir.

Müsabiqənin müsahibə mərhələsinə 9 sentyabr tarixində yekun vurulması nəzərdə tutulub. Müsahibələr başa çatdıqdan sonra 7 iş günü ərzində namizədlərə nəticələr barədə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR