Musiqili Teatrı beynəlxalq festivalda iştirak edəcək

Utancaq qız

© APA | Utancaq qız

# 03 fevral 2022 17:02 (UTC +04:00)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi 9-13 fevral tarixlərində 40-cı Fəcr Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün İran İslam Respublikasında səfərdə olacaq.

Bu barədə APA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, fevralın 11-də "Bir nəfəs qədər" (S.Qulamovun pyesi əsasında) musiqili dramı, 12-də isə "Utancaq qız" (F.Dostoyevski) monotamaşası Tehranda nümayiş ediləcək.

“Bir nəfəs qədər” tamaşası şəhidlərin xatirəsinə ithaf olunub. Əsərin süjet xəttində Vətən müharibəsinin könüllü döyüşçülərindən biri olan Vətən adlı bir gəncin həyat hekayəsindən bəhs edilir.

Qeyd edək ki, hər iki tamaşanın ideya müəllifi və bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR