Nazir bəzi heykəllərdə məlumat lövhələrinin kiril qrafikası ilə saxlanılmasına münasibət bildirib

Anar Kərimov

© APA | Anar Kərimov

# 05 oktyabr 2022 12:28 (UTC +04:00)

Mədəniyyət naziri Anar Kərimov paytaxtdakı heykəllərin üzərindəki məlumat lövhələrinin kiril qrafikalı əlifba ilə yazılması məsələsinə münasibət bildirib.

APA xəbər verir ki, nazir bunun özünün də bir tarixilik olduğunu qeyd edib.

"Tarixi-mədəni abidələr bizim sərvətimizdir, bizə atalarımızdan qalan mirasdır. Bu abidələrə həm dövlət səviyyəsində, həm də vətəndaşlar tərəfindən qayğı var və olmalıdır. Heykəllərin böyük qismi SSRİ dövründə ucaldılıb və aydın məsələdir ki, onların üzərindəki məlumat lövhələri kiril əlifbasındadır. Onu deyim ki, bunun özü də bir tarixdir, ənənədir. Hesab edirəm ki, biz bu ənənələrə, bu tarixə sahib çıxmalı, onu qorumalıyıq", - nazir qeyd edib.

Anar Kərimov yeni quraşdırılan heykəllərin üzərinə turistlər üçün məlumat lövhəsinin quraşdırılacağını da diqqətə çatdırıb. O, əvvəl quraşdırılmış abidələrdə də eyni prosesin tətbiq ediləcəyini deyib.

"Bundan sonra ucaldılacaq bütün heykəllərdə turistlər üçün məlumat lövhələri quraşdırılacaq. Bu turistlərin məlumatlandırılması baxımından, əlverişlidir. Eyni zamanda, əvvəlki heykəllərə də bu üsulun tədricən tətbiqi nəzərdə tutulub", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR