Nazir regionlardakı muzey və teatrların fəaliyyətini tənqid edib

Nazir regionlardakı muzey və teatrların fəaliyyətini tənqid edib
# 28 dekabr 2021 13:50 (UTC +04:00)

“Bizim muzeylər, xüsusilə də regionlardakı muzeylər sadəcə eksponat saxlancı yanaşması ilə çalışır”.

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” konfransında region muzeyləri haqda danışarkən deyib.

“Təbii ki, istisnalar var. Şamaxı və Sabirabadda yerləşən muzeylərdə müsbət nəticələr əldə edilib. Biz gələcəkdə bu təcrübəni digər regionlarda olan muzeylərə də tətbiq edəcəyik. Gələcəkdə çalışacağıq ki, muzeylər rahatlıqla eksponatları əldə edə bilsinlər. Burada maliyyə məsələləri də nəzərə alınmalıdır”, - nazir vurğulayıb.

A. Kərimov regionlarda fəaliyyət göstərən teatrların fəaliyyətinə də toxunub: “Onların fəaliyyəti bizim istədiyimiz səviyyədə deyil. Təəssüflər olsun ki, hər şey Bakıda cəmləşib. Teatrın inkişafını bu gün prioritet istiqamətlərdən biri kimi görürük. Regionlarda həm dövlət, həm də xalq teatrlarının olmasını istəyirik. Bu məsələ ilə bağlı regionlara səfərlərimiz olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR