Nazirlik: Tofiq Quliyevin heykəli iki həftə ərzində quraşdırılacaq

Tofiq Quliyevin heykəlinin yeri

© APA | Tofiq Quliyevin heykəlinin yeri

# 21 sentyabr 2022 12:21 (UTC +04:00)

“Xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyevin heykəlinin yaxın iki həftə ərzində quraşdırılması gözlənilir”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu müddət ərzində heykəl və onun ətrafında olan bütün lazımi işlər də tamamlanacaq.

Xatırladaq ki, bir müddət əvvəl Tofiq Quliyevin heykəlinin postamenti “Bakı” Mehmanxanasının yerində salınmış parka gətirilib və quraşdırılıb. Abidənin müəllifi heykəltaraş Tural Rzaquliyevdir.

Nazirlik, həmçinin Aşıq Ələsgərin abidə müsabiqəsi ilə bağlı da məsələyə aydınlıq gətirib.

“Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin nəticəsi üçün münsiflər heyətinin yekun qərarı gözlənilir. Yekun qərar verildikdən bununla bağlı məlumat mətbuatda dərc olunacaq və qalibin kim olduğu açıqlanacaq”, – deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR