Nizami Kino Mərkəzində "Biz" filmi nümayiş olunub - FOTO

"Biz" filmi nümayiş olunub

© APA | "Biz" filmi nümayiş olunub

# 27 sentyabr 2022 16:39 (UTC +04:00)

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı və Bakı Media Mərkəzinin dəstəyi ilə Nizami Kino Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, anım tədbirində Səbail RİH-nin başçısı Vüqar Zeynalov, deputat Nigar Arpadarai, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhid ailələri, müharibə veteranları, qazilər və rayon ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Vüqar Zeynalov 27 sentyabr tarixini Azərbaycanın qürur tarixi adlandırıb: "Məhz bu gün - 2020-ci ilin bu günü Azərbaycan özünün haqq savaşına başladı. Cənab Ali Baş Komandanın və müzəffər Ordumuzun sayəsində haqq-ədaləti bərpa etdik".

Sonra çıxış edən Şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova Vətən uğrunda döyüşlərdə canından keçmiş şəhidlərin ailələrinə göstərilən dövlət qayğısından və diqqətdən söz açıb.

Çıxışlar bitdikdən sonra Bakı Media Mərkəzi tərəfindən hazırlanan, Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Biz" tarixi-sənədli filmi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR