Nizamiyə həsr olunmuş xalçanın dəzgahdan kəsimi olub - FOTO

Nizamiyə həsr olunmuş xalçanın dəzgahdan kəsimi olub - FOTO
# 05 may 2022 12:56 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunub.

APA xəbər verir ki, bu münasibətlə muzeydə toxunan “Düşüncələr” adlı xalçanın qədim ənənələrə uyğun dəzgahdan kəsimi, naxışlı həsirin toxunması üzrə ustad dərsi və “Uçan xalça” marionet tamaşasının premyerası keçirilib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova tədbiri giriş sözü ilə açaraq xalçaçıların peşə bayramını təbrik edib. Ardınca "Düşüncələr" adlı xalça haqqında məlumat verib.

Çıxış edən Xalq rəssamları Eldar Mikayılzadə, Aydın Rəcəbov, Əməkdar rəssamlar Məhəmmədhüseyn Hüseynov və Tariyel Bəşirov Azərbaycandakı xalçaçılıq ənənəsindən bəhs ediblər.

Qeyd edək ki, “Düşüncələr” adlı xalça 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvini 880 illiyi ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyi və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi beynəlxalq xalça eskizi müsabiqəsinin qalibi olan rəssam Eldar İbadullayevin eskizi əsasında toxunub. Xalça muzeyin Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən yeddi aya ərsəyə gəlib. Texniki eskizin hazırlanması, rənglərin seçimi və digər hazırlıq işlərində muzeyin baş rəssamı, Əməkdar rəssam Taryer Bəşirov başda olmaqla xalçaçı-rəssamlar da iştirak ediblər. Xalçada 40 rəng və onların çalarlarından istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR