Novruz Qartal Gəncədə dəfn edilib - FOTO - YENİLƏNİB - VİDEO

Novruz Qartal Gəncədə dəfn edilib  - FOTO  - YENİLƏNİB  - VİDEO
# 09 yanvar 2022 12:35 (UTC +04:00)

Əməkdar artist Novruz Qartal Gəncədə dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, əməkdar artist Gəncə şəhərinin “İmamzadə” ziyarətgahında dəfn edilib.

***

Saat 11:25

Gəncə şəhərinin “İmamzadə” ziyarətgahında əməkdar artist Novruz Qartalla vida mərasimi başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, vida mərasimində artistin ailə üzvləri, sənət yoldaşları, şəhər icra hakimiyyətinin nümayəndələri, Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə Dövlət Dram Teatrı kollektivi və şəhər ictimaiyyəti iştirak edir.

Vida mərasimindən sonra əməkdar artist Gəncənin “İmamzadə” ziyarətgahındakı qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək Novruz Qartal ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR