Nyu-Yorkda azad olunmuş ərazilərin fotolarından ibarət sərgi açılıb

Nyu-York

© APA | Nyu-York

# 06 may 2022 16:09 (UTC +04:00)

Mayın 5-də Nyu-Yorkun mərkəzi qalereyalarının birində "Agdam Delenda est" adlı sərginin açılış mərasimi baş tutub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Sərgi İtaliyanın məşhur incəsənət xadimi, kurator, fotoqraf Fabrisio Konti tərəfindən təşkil olunub. Əsasən Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və işğaldan azad olunmuş digər ərazilərimizin təsvirlərindən ibarət fotolar nümayiş olunub.

Həmçinin, Fabrisio Kontinin müəllifi olduğu elektron sərgi və 3D elektron tur da nümayiş etdirilir.

Sərgi eləcə də Qarabağın işğal dövründə dağıdılmış, məhv edilmiş muzeylərin, mədəniyyət ocaqlarının dünya ictimaiyyətinə tanıdılması, təbliğatın gücləndirilməsi baxımdan olduqca böyük əhəmiyyət daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR