Oskar mükafatçısı aktyor Sidni Puatye vəfat edib

Sidini Puatye

© APA | Sidini Puatye

# 07 yanvar 2022 23:58 (UTC +04:00)

“Ən yaxşı kişi aktyor” nominasiyasında Oskar mükafatı qazanan ilk qaradərili aktyor Sidni Puatye 94 yaşında dünyasını dəyişib.

APA TASS-a istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi bəlli deyil.

Qeyd edək ki, S.Puatye 1927-ci ildə ABŞ-ın Mayami şəhərində anadan olub. 1958-ci ildə "Müdafiəsizlər" filminə görə Oskar mükafatına namizəd olduqdan sonra 1963-cü ildə "Çöldəki zanbaqlar" filminə görə “Ən yaxşı kişi aktyor” nominasiyasında Oskar qazanıb.

O, 40-dan çox filmdə rol alan aktyor-siyasətçi kimi də tanınır. S.Puatye1997-2007-ci illərdə Baham adalarının Yaponiyadakı səfiri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR