Pənahəli xanın başdaşı bərpa olunub

Pənahəli xanın başdaşı bərpa olunub
# 16 iyun 2022 16:21 (UTC +04:00)

Qarabağ xanlığının yaradıcısı, Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirin başdaşı bərpa olunub.

Bu barədə APA-ya Milli Tarix Muzeyindən məlumat verilib.

Qeyd olunub ki, muzeyin Bərpa laboratoriyasında başdaşı üzərindəki yazı və naxışlar orijinal hallarına xələl yetirmədən müasir vasitə və üsullar istifadə edilərək təmizlənmiş, zədəli yerləri bərpa edilib. Başdaşının nümayişi üçün muzeyin daimi ekspozisiyasının 1-ci mərtəbəsində zal ayrılmış, burada İmarət qəbiristanlığındakı türbənin maketi hazırlanıb və başdaşı qurulub.

Həmçinin zalda başdaşının yazısının oxunması, türbənin tarixi ilə bağlı məlumatlar olan informasiya panelləri, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” adlı rəsm əsəri yerləşdirilib.

Başdaşı ilə tanış olmaq istəyənlər muzeyin girişində qeydiyyatdan keçməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR