Polad Həşimovun xatirəsinə həsr olunmuş filmin təqdimatı olub - FOTO

Polad Həşimova həsr olunmuş filmin təqdimatı

© APA | Polad Həşimova həsr olunmuş filmin təqdimatı

# 12 iyul 2021 17:38 (UTC +04:00)

Şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun xatirəsinə həsr olunmuş filmin təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, “Portret 3293” adlı sənədli filmin təqdimatı Beynəlxalq Muğam Mərkəzində baş tutub.

Təqdimatda Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri, Polad Həşimovun ailə üzvləri və hərbçi dostları iştirak edib.

“Chelebi Media Group” tərəfindən lentə alınan filmin çəkilişləri Azərbaycan Hərb Tarixi Muzeyi, II Fəxri Xiyaban, Sumqayıt şəhəri Polad Həşimovun evi, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə aparılıb.

Qeyd edək ki, general-mayor P. Həşimov 2020-ci il iyulun 12-də başlayan Tovuz döyüşlərində qəhrəmancasına şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR