"Qarabağ" mövzusunda ssenari müsabiqəsi elan edilib

"Qarabağ" mövzusunda ssenari müsabiqəsi elan edilib
# 26 may 2022 15:29 (UTC +04:00)

"Azərbaycanfilm" "Qarabağ" mövzusunda ssenari müsabiqəsi elan edib.

Bu barədə APA-ya "Azərbaycanfilm" kinostudiyasından məlumat veriblər.

Qeyd olunub ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “AZƏRBAYCANFİLM - 100” adlı ssenari müsabiqəsi elan edir. Tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibəti ilə elan olunan müsabiqə “Qarabağ” mövzusunda keçirilir. Sənədlərin qəbulu 1 iyun – 30 iyun 2022-ci il tarixlərində elektron şəkildə [email protected] poçt ünvanı vasitəsilə aparılır.

Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək. Müsabiqənin qaliblərinə müvafiq olaraq 10.000, 8.000 və 5.000 manat məbləğində mükafat veriləcək. Qaliblərin adları avqust ayının 2-də Azərbaycan kinosu günündə elan olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR