Qazaxıstanda “Zəhər tuluğu”nun qala gecəsi keçirilib

Qazaxıstanda  “Zəhər tuluğu” filminin qala gecəsi

© APA | Qazaxıstanda  “Zəhər tuluğu” filminin qala gecəsi

# 21 may 2022 12:17 (UTC +04:00)

May 20-də Qazaxıstanın Almatı şəhərində “Zəhər tuluğu” filminin qala gecəsi keçirilib.

APA xəbər verir ki, tədbirdə filmin prodüseri və rejissoru Orxan Mərdan, filmin rejissoru və baş rolun ifaçısı Taleh Yüzbəyov, aktyorlar Əlixan Rəcəbov, Ləman Mərrih, Qazaxıstanın kino və incəsənət nümayəndələri, Azərbaycanın Qazaxıstandakı nümayəndəliyinin üzvləri iştirak edib.

Filmin prodüseri Orxan Mərdanın sözlərinə görə, “Zəhər tuluğu” ilk Azərbaycan filmidir ki, xarici ölkədə qala gecəsi keçirilir.

Qeyd edək ki, filmin hazırda ölkəmizin rayonlarında “Hər kəs üçün kino” layihəsi çərçivəsində nümayişi də davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR