Qırğız rejissor vəfat edib

Qırğız rejissor vəfat edib
# 06 fevral 2023 10:52 (UTC +04:00)

Qırğız kinorejissor, ssenarist və yazıçı Gennadi Bazarov 81 yaşında Qırğızıstanda vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Kinematoqrafistlər İttifaqı məlumat yayıb.

Onun harada dəfn ediləcəyi hələ dəqiqləşməyib.

“Qırğızfilm”in direktoru kimi çalışan Bazarov Milli Kinoakademiyaya da başçılıq edib.

Bazarov onlarla bədii filmin, o cümlədən ötən əsrin 60-cı illərində Çingiz Aytmatovun povesti əsasında çəkdiyi “Ana tarla” filminin müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR