"Qızıl Qlobus"un qalibləri müəyyənləşib

"Qızıl Qlobus"un qalibləri müəyyənləşib
# 11 yanvar 2023 07:50 (UTC +04:00)

"Pinokkio Qilermo del Toro" ən yaxşı animasiya filmi nominasiyasında "Qızıl Qlobus"a layiq görülüb.

APA-nın NBC telekanalına istinadla məlumatına görə, "Pinokkio Qilermo del Toro" ən yaxşı animasiya filmi nominasiyasında “Qızıl Qlobus” mükafatını qazanıb.

Cizgi filmi bir oğlana çevrilən taxta gəlincik Pinokkionun hekayəsindən bəhs edir. Cizgi filminin rejissoru Qilermo del Torodur.

Digər nominasiyalar üzrə qaliblər aşağıdakı kimidir:

Dram janrında ən yaxşı aktyor nominasiyasında Austin Butler “Elvis” filmindəki roluna görə, dram janrında ən yaxşı aktrisa nominasiyasında isə Cate Blanchett “Tár” filmindəki roluna görə, mMüzikl və ya komediya janrında ən yaxşı aktyor nominasiyasında Colin Farrell “The Banshees of Inisherin” filmindəki roluna görə, müzikl və ya komediya janrında ən yaxşı aktrisa nominasiyasında Michelle Yeoh “Everything Everywhere All at Once” filmindəki roluna görə, ən yaxşı köməkçi aktyor nominasiyasında Ke Huy Quan “Everything Everywhere All at Once” filmindəki roluna görə, ən yaxşı köməkçi aktrisa nominasiyasında Angela Bassett “Black Panther: Wakanda Forever” filmindəki roluna görə qalib olublar.

Ən yaxşı rejissor nominasiyasında “The Fabelmans” filminə görə Steven Spielberg fərqlənib.

Xarici dildə ən yaxşı film nominasiyasında isə Argentina istehsalı olan “Argentina, 1985” ekran işi seçilib.

Ən yaxşı dram filmi nominasiyasında “The Fabelmans”, ən yaxşı müzikl və ya komediya filmi nominasiyasında isə Martin McDonaghın “The Banshees of Inisherin” qalib olub.


Martin McDonagh ən yaxşı ssenari nominasiyasında da fərqlənərək, “The Banshees of Inisherin” filmi ilə “Qızıl Qlobus” qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR