Rauf Hacıyevin 100 illiyi münasibətilə musiqi festivalı keçiriləcək

Rauf Hacıyevin 100 illiyi münasibətilə musiqi festivalı keçiriləcək
# 29 noyabr 2022 09:58 (UTC +04:00)

Mədəniyyət Nazirliyi 3-27 dekabr tarixində Bakı və Gəncə şəhərlərində “Rauf Hacıyev – 100” adlı musiqi festivalı keçirəcək.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, festival çərçivəsində Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası, estrada və caz, kamera və simfonik əsərlərindən ibarət konsertlər, eləcə də bəstəkarın xatirəsinə həsr edilmiş elmi-yaradıcı diskussiya təşkil olunacaq.

Festivalın konsert, tamaşa və tədbirləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Heydər Əliyev Sarayı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Gəncə Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR