Rusiyanın tanınmış artisti Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib - VİDEO

Rəsmi Cəbrayılov

© APA | Rəsmi Cəbrayılov

# 23 yanvar 2022 12:56 (UTC +04:00)

Rusiyanın əməkdar artisti Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, aktyor dünən axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışıb.

1993-cü ildən "Taqanka Aktyorlar Ansamblı"nın artisti olub. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. Rəsmi Cəbrayılov 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafında xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə “Vətənə xidmətə görə” ordeni, II dərəcəli medalla təltif edilib.

O, həmçinin "1001-ci qastrol", "De ki, məni sevirsən!", "İşgüzar səfər", "Nizami", "Bəyin oğurlanması", "Alman klinikasına şəxsi səfər" "Ölsəm... bağışla" filmlərində rol alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR