“Şuşa ili” çərçivəsində şagirdlərin muğam festivalı yekunlaşıb - FOTO

“Şuşa ili” çərçivəsində şagirdlərin muğam festivalı yekunlaşıb

© APA | “Şuşa ili” çərçivəsində şagirdlərin muğam festivalı yekunlaşıb

# 29 iyun 2022 16:38 (UTC +04:00)

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə muğam festivalının yekun konserti keçirilib.

APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizdə muğam sənətinə verilən yüksək dəyərdən və qayğıdan söz açıb.

Ardından konsertin mükafatlandırma mərasimi başlayıb.

Xatırladaq ki, 9-12 və 13-17 yaş qrupları üzrə respublikanın şəhər və rayonlarından istedadlı şagirdlərin qatıldığı festivalın regionlar üzrə mərhələsində 1-ci yerlərin qalibləri final mərhələdə iştirak etmək hüququ qazanıblar.

Bakıda keçirilən final mərhələsində Azərbaycan Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova və Əməkdar artist Zakir Əliyevdən ibarət münsiflər heyəti tərəfindən iştirakçıların çıxışı qiymətləndirilərək qaliblər müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR