“Tazəbəy hamamı”nın fasadına bərkidilən fiqurlar sökülüb - FOTO

"Tazabəy hamamı”nın fasadına bərkidilən fiqurlar  sökülüb

© APA | "Tazabəy hamamı”nın fasadına bərkidilən fiqurlar sökülüb

# 09 avqust 2022 17:23 (UTC +04:00)

"Tazəbəy hamamı”nın fasadına bərkidilən fiqurlar Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti tərəfindən sökülüb.

Bu barədə APA-ya Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, "Tazəbəy hamamı"nın fasadına bərkidilən fiqurlarla bağlı qurumumuzun müraciətinə və qanunvericiliyin abidəyə kənar müdaxilənin yolverilməzliyinə dair tələblərinə abidənin xüsusi mülkiyyətçisi tərəfindən nümayiş edilən anlayışa və həmrəylik nümayişinə görə təşəkkür edirik: “Əminik ki, bu hal digər abidə mülkiyyətçilərinə də nümunə olacaq. Təbii ki, qanunun pozulması yolverilməzdir. Fiqurların fasada bərkidilməsi abidənin ümumi durumuna təhlükə yaratmırdı, ancaq qanunla ilkin görünüşünə, eksteryerinə xələl gətirirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR