“Təsviri sənətə səyahət” adlı satış-sərginin açılış mərasimi olub - FOTO

“Təsviri sənətə səyahət” adlı satış-sərginin açılış mərasimi olub  - FOTO
# 29 aprel 2022 20:23 (UTC +04:00)

Bu gün “Təsviri sənətə səyahət”adlı satış-sərgi"nin açılış mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov sərginin məqsədi haqqında məlumat verib. O bildirib ki, son dövrlərdə Mədəniyyət Nazirliyi ilə Rəssamlar İttifaqı bir sıra layihələr həyata keçirir:

“Sərginin təşkilində başlıca məqsəd gənc istedadlara maddi və mənəvi dəstəyin göstərilməsi, onların yaradıcılığının geniş ictimaiyyətə təqdim edilməsidir. Beləliklə də Azərbaycanda nə qədər yaradıcı insanlar olduğunu göstərməkdir. Bildiyiniz kimi Mədəniyyət Nazirliyi Rəssamlar İttifaqı ilə bir çox layihələr həyata keçiririk. Bu yaxınlarda “Şuşa ili” çərçivəsində gənc heykəltəraşlar üçün müsabiqəyə start vermişik. İyunun on beşinə kimi vaxt var. Burda iştirak edən heykəltəraşlarımızı da müsabiqəyə qoşulmağa çağırıram”.

Sonra nazir tanınmış rəssamlar Altay Sadıqzadə və Məlik Ağamalova fəxri fərmanlar təqdim edib.

Tədbirdə çıxış edən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov sərgi haqqında ətraflı məlumat verib:

“Bu gün verilən mükafatlar rəssamlara göstərilən diqqətdən xəbər verir. Rəssama bir xoş söz belə hər şeydən qiymətlidir. Sərgidə rəngkarlıq, heykəltəraşlıq, keramika, qobelen və digər nümunələrin satışı həyata keçiriləcək. Mən arzu edirəm ki, bu sərgi bitəndə sevinək ki, sənətsevərlər bu əsərləri əldə ediblər”.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi 30 aprel 2022-ci il tarixinədək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR