Tofiq Bakıxanov şəxsi əşyalarını Milli Tarix Muzeyinə bağışlayıb

Tofiq Bakıxanov

© APA | Tofiq Bakıxanov

# 07 yanvar 2022 11:52 (UTC +04:00)

Tanınmış bəstəkar, Xalq artisti Tofiq Bakıxanov öz təşəbbüsü ilə şəxsi əşyalarını Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verib.

Muzeydən APA-ya verilən məlumata görə, bəstəkarın əşyaları muzeyin Hədiyyələr və xatirə əşyaları fonduna daxil edilib.

Bura T. Bakıxanovun skripkası, kostyumu, not dəftəri və pipitrı daxildir.

“Bəstəkarın muzeyin Hədiyyələr və xatirə əşyaları fonduna daxil olan şəxsi əşyaları muzey ekspozisiyasını, o cümlədən muzeyin musiqi kolleksiyasını zənginləşdirəcək və neçə-neçə kitab, kataloq və dissertasiya üçün də əhəmiyyətli olacağına əminik”, - məlumatda deyilir.

Xatırladaq ki, ötən il noyabrın 25-də bəstəkar öz təşəbbüsü ilə şəxsi əşyalarının Milli Azərbaycan Tarixi Muzeyində qorunmasını təklif edib, muzeyin Sənədli mənbələr elmi fonduna şəxsi əşyalarını təhvil vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR