Tretyakov Qalereyasının direktoru dəyişib

Zelfira Trequlova

© APA | Zelfira Trequlova

# 09 fevral 2023 11:57 (UTC +04:00)

Rusiya Tretyakov Qalereyasının direktoru dəyişib.

APA-nın Moskva müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi qərar qəbul edib.

Zelfira Trequlova Dövlət Tretyakov Qalereyasının direktoru “əmək müqaviləsinin müddəti bitdiyinə görə” vəzifəsini tərk edib.

Əvvəllər Politexnik Muzeyinə rəhbərlik etmiş Yelena Proniçeva Tretyakov Qalereyasının yeni direktoru təyin edilib.

Qeyd edək ki, Zelfira Trequlova 2015-ci ildən Tretyakov Qalereyasına rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR