“Troya” və “Bitməyən Hekayə” filmlərinin rejissoru Volfqanq Petersen vəfat edib

Volfqanq Petersen

© APA | Volfqanq Petersen

# 17 avqust 2022 00:44 (UTC +04:00)

“Troya” və “Bitməyən hekayə” filmlərinin almaniyalı rejissoru Volfqanq Petersen 81 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə “variety.com” nəşri məlumat yayıb.

Petersen altı Oskar mükafatına namizəd olub.

Rejissor mədəaltı vəzi xərçəngindən öz iqamətgahında dünyasını dəyişib.

Almaniyalı rejissor “Troya”, “Prezidentin təyyarəsi”, “Bitməyən hekayə”, “Qayıq” və digər filmləri ilə tanınır.

O, Hollivudda ilk dəfə “Qayıq” filmi ilə tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR