Türkiyə aktyoru Ayberk Pekcan vəfat edib

Ayberk Pekcan

© APA | Ayberk Pekcan

# 24 yanvar 2022 18:27 (UTC +04:00)

Məşhur türk aktyor Ayberk Pekcan vəfat edib.

APA-nın star.com.tr-yə istinadən veridiyi xəbərə görə, aktyor uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

O, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Ayberk Pekcan 1970-ci ildə Mersində anadan olub. O, “İhlamurlar Altında”, “Yaprak Dökümü”, “Kurtlar Vadisi” və “Keşanlı Ali Destanı” seriallarında oynayıb. 2010-cu ildə baş rolda oynadığı “Saçlar” bədii filmi milli və beynəlxalq kinofestivallarda mükafatlar alıb. 2012-ci ildə ekranlara çıxan “Aşk ve Devrim” filmindəki roluna görə 23-cü Ankara Beynəlxalq Film Festivalında “Ən yaxşı köməkçi kişi aktyoru” mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR