Türkiyə aktyoru Sezai Aydın vəfat edib

Sezai Aydın

© APA | Sezai Aydın

# 20 dekabr 2021 17:33 (UTC +04:00)

Türkiyənin teatr və kino aktyoru Sezai Aydın vəfat edib.

APA-nın CNN "Türk”ə istinadən veridiyi xəbərə görə, 69 yaşlı aktyor koronavirusdan müalicə alırdı.

S. Aydın 1952-ci ildə Ankarada anadan olub. O, teatr səhnəsində çıxış etməklə yanaşı bir sıra seriallarda da çəkilib.

Bundan başqa, Al Paçino və Robert de Niro kimi aktyorların canlandırdığı obrazları türk dilində səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR