UNESCO mütəxəssisləri Suriya və Türkiyədə irs obyektlərinə dəyən ziyanı qiymətləndirəcək

UNESCO mütəxəssisləri Suriya və Türkiyədə irs obyektlərinə dəyən ziyanı qiymətləndirəcək
# 07 fevral 2023 13:28 (UTC +04:00)

UNESCO mütəxəssisləri Suriya və Türkiyədə baş vermiş zəlzələdən sonra zərər çəkmiş irs obyektlərinə dəyən ziyanı qiymətləndirəcək.

APA xəbər verir ki, bu barədə təşkilatın mətbuatla iş üzrə nümayəndəsi Tom Mallar məlumat verib.

“UNESCO bu ərazilərin operativ şəkildə qorunması və sabitləşdirilməsi üçün dəqiq zərərin qiymətləndirilməsini tərtib etmək üçün İCOMOS (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) kimi tərəfdaşları ilə birlikdə ekspertlərini cəlb edəcək”, – təşkilatın sözçüsü bildirib.

Xatırladaq ki, zəlzələ nəticəsində zərər görmüş Diyarbakır qalası, Hevsel bağları və Suriyadakı Hələb qalası UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxildir.

Qeyd edək ki, dünən səhər saatlarında və ondan 9 saat sonra Türkiyədə və Suriyada 7,7 və 7,6 bal gücündə zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR