Van Qoqun tablosuna zərər verən fəallar həbs edilib

Van Qoqun tablosuna zərər verən fəallar həbs edilib
# 25 noyabr 2022 10:20 (UTC +04:00)

İki iqlim fəalı Londondakı muzeydə Vinsent Van Qoqun tablosunun çərçivəsini zədələdiyi üçün həbs olunub.

APA NTV-yə istinadən xəbər verir ki, hökmə əsasən, 24 yaşlı Emili Broklbank və 22 yaşlı Louis McKechnie 21 gün həbs cəzasına məhkum edilib.

Belə ki, hakim Van Qoqun “Çiçəklənən Şaftalı” əsərini əhatə edən 18-ci əsrə aid çərçivənin zədələndiyini açıqlayıb.

Qeyd edək ki, iqlim fəalları son günlər tez-tez bu cür etiraz üsulu ilə gündəmə gəlirlər. Onların əsas istəyi aclıq və bu kimi digər ciddi fəsadlar törədəcək hadisələrə cəmiyyətin və məsul şəxslərin diqqətini çəkməkdir. Hədəf seçdikləri əsərlərə tam olaraq zərər vurmaq istəməsələr də, bəzən bu cür gözlənilməz hadisələr də olur.

Onların bir müddət öncə Almaniyanın Potsdam muzeyində Klod Monenin, həmçinin Avstraliyadakı muzeylərin birində Pablo Pikassonun tablosuna da eyni formada etirazı olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR