Vətən müharibəsi mövzusunda pyes müsabiqəsinin nəticəsi elan edilib

Vətən müharibəsi mövzusunda pyes müsabiqəsinin nəticəsi elan edilib
# 25 may 2022 09:44 (UTC +04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Qarabağ – Vətən müharibəsi mövzusunda elan etdiyi “2783…” adlı pyes müsabiqəsi yekunlaşıb.

Teatrdan APA-ya verilən xəbərə görə, müsabiqəyə təqdim edilən əsərlərdən yazıçı-dramaturq İlqar Fəhminin “Balaca kişilər” pyesi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olunub.

Pyesə teatrda quruluş veriləcək və bu il Zəfər günündə tamaşa sənətsevərlərə təqdim olunacaq. Həmçinin müsabiqənin şərtlərinə görə əsər “Azərbaycan” dərgisində işıq üzü görəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR