Xalq artisti Yalçın Əfəndiyevin iki sənədli filmi bərpa olunub

Yalçın Əfəndiyev

© APA | Yalçın Əfəndiyev

# 23 may 2022 12:36 (UTC +04:00)

Görkəmli kinorejissor, Xalq artisti Yalçın Əfəndiyevin 85 illik yubileyi ilə əlaqədar olaraq, müəllifi olduğu iki sənədli film bərpa olunub.

Bu barədə APA-ya Dövlət Film Fondundan məlumat verilib.

Bildirilib ki, “Bakı haqqında on dəqiqə” və “Yusif Məmmədəliyev” filmləri rejissorun ən uğurlu layihələrinəndir.

“Baki haqqında on dəqiqə” qısametrajlı sənədli filmi 1966-cı ildə çəkilib. Kinolent müasir Bakı, onun görməli yerləri, tarixi memarlıq abidələrini özündə əks etdirir.

“Yusif Məmmədəliyev” sənədli filmində isə akademik Yusif Məmmədəliyevin mənalı həyat yolu ekranda canlandırılır. Kinolentdə əsas diqqət Yusif Məmmədəlliyevin respublikamızda elmin inkişafındakı roluna, yüksək ixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə yönəlib.

Qeyd edək ki, Yalçın Əfəndiyev 2019-cu ildə vəfat edib. O, İkinci Fəxri Xiyabanda dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR