Xalq rəssamı Arif Hüseynovun sərgisinin açılışı olub - FOTO

Xalq rəssamı Arif Hüseynovun sərgisinin açılışı olub - FOTO
# 28 aprel 2022 15:32 (UTC +04:00)

Bakı Slavyan Universitetində Xalq rəssamı, professor Arif Hüseynovun "Şuşanın görkəmli musiqi xadimləri" adlı sərgisinin açılış mərasimi olub.

APA xəbər verir ki, sərginin açılışındə bir sıra mədəniyyət və ictimaiyyət xadimləri iştirak edib.

Milli Məclisin deputatı Qənirə Paşayeva sərginin əsas motivi olan zəfərimizdən danışıb: "Hər bir azərbaycanlı cənab prezidentimizi, şəhidlərimizi və qazilərimizi, eyni zamanda, bu qələbədə payı olan hər bir kəsi həmişə sevgi və hörmətlə yad etməlidir. Bu bizim mənəvi borcumuzdur".

Arif Hüseynov isə sərgini özü tərəfindən "Şuşa ili"nə töhfəsi adlandırıb: "Bu il cənab Prezidentin fərmanı ilə ölkəmizdə "Şuşa ili" elan olunub. Mənim də bu ilə töhfəm məhz bu əsərlərdir. Onu da qeyd edim ki, sərgidə 15 əsər nümayiş olunur və bu əsərlər sərgidən sonra mən tərəfdən Bakı Slavyan Universitetinə hədiyyə olacaq".

Çıxışlar bitdikdən sonra sərgi ilə tanışlıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR