Xalq rəssamı Rafiq Nəsirov Milli Kino Mükafatına layiq görülüb

Rafiq Nəsirov

© APA | Rafiq Nəsirov

# 14 iyul 2022 12:40 (UTC +04:00)

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) İdarə Heyətinin yekdil qərarına əsasən, Xalq rəssamı, Prezident təqaüdçüsü, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Rafiq Əliş oğlu Nəsirov Milli Kino Mükafatına layiq görülüb.

Bu barədə APA-ya ARKİ-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, mükafat 2 avqust Milli Kino Günündə təntənəli formada təqdim ediləcək.

Xalq rəssamı “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “Həm ziyarət, həm ticarət”, “Otel Otağı”, “Cavad xan” və s. filmlərin rəssamı olub.

Xatırladaq ki, Milli Kino Mükafatı 2012-ci ildən ARKİ-nin İdarə Heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək pullu kino mükafatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR