Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
# 13 yanvar 2023 18:40 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndinin ərazisində qeydə alınıb. Hərəkətdə olan "Niva " ilə "Opel" markalı minik avtomobilləri toqquşub.Qəza nəticəsində xəsarət alan 3 nəfər - 1979-cu il təvəllüdlü Cümşüd Rzayev, 1960-cı il təvəllüdlü Rizvan Mustafayev, 1978-ci il təvəllüdlü Kamil Cabbarov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR