Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
# 12 sentyabr 2023 17:47 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

APA xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva adı çəkilən məhkəməyə ezam edilib. Bunun Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin iş yükünün çox olması səbəbindən baş verdiyi bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar edib. Onun icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə düşüb. Həmin işlərin Aytən Əliyevanın icraatına veriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR