Bakı Metrosunda qatarların hərəkətindəki qrafik bərpa olunub - YENİLƏNİB

Bakı Metrosunda qatarların hərəkətindəki qrafik bərpa olunub - YENİLƏNİB
# 20 sentyabr 2022 22:03 (UTC +04:00)

Bakı metrosunda qatarların hərəkət intervalı öz qaydasına düşüb.

APA xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.

“Xətlər üzrə hər hansısa problem qalmayıb, qatarların hərəkəti intervalların nizamlanmış qaydası ilə təmin edilir. Baş vermiş hadisə, səbəblər və bundan irəli gələn və geri qalan digər məsələlərin hər biri geniş, detallı və dərindən araşdırılacaq”,- deyə məlumatda bildirilib.

***

Saat 20:30

Bakı Metrosunda qatarların hərəkətində gecikmələr baş verib.

APA xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.

"Texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğular əllə idarə olunduğundan Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib. Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb",- deyə açıqlamada bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR