Bakı-Qazax yolunda yük maşını aşıb

Bakı-Qazax yolunda yük maşını aşıb
# 16 sentyabr 2022 18:23 (UTC +04:00)

Goranboy rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “KamAZ” markalı yük maşınının təkəri partlayıb. Daha sonra yük maşını aşıb, yük yerində olan çuğundur yola dağılıb.

Hazırda hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR